Mənsəb
Mənsəb — çayın dənizə, gölə, su anbarına və ya digər çaya töküldüyü yerə deyilir.
Çayın bir hissəsini təşkil edən mənsəb delta və ya estuari (liman, quba).
əmələ gətirir.
Bütün çaylar daimi mənsəbə malik olmur. Buna misal kimi Okavanqo çayını göstərmək olar. Belə ki, çay Kalaxari səhrasının şimal-qərbində bataqlıqda yoxa çıxır. Qazaxıstan ərazisindən axan Çu çayı nadir hallarda mənsəbi olan Akjaykın gölünə tökülür. Hazırda isə Amudərya öz suyunu Böyük Aral gölünə çatdıra bilmir. Azərbaycan ərazisində mövsümdən asılı olaraq bəzi çaylar öz suyunu mənsəbinə çatdırmır: Ceyrankeçməzçay, Sumqayıtçay, Pirsaatçay. Bu tip çaylar dilimizdə Kor çay adlanır.